Ankaranın Esterqon qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Xarici siyasət
  • 08 noyabr, 2024
  • 18:52
Ankaranın Esterqon qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda Esterqon qalası 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və Keçiören rayon bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.