Ankarada Əhməd Cavad və Mehmet Akif Ərsoyun xatirəsi anılıb
- 25 dekabr, 2025
- 21:12
Ankaranın Sosial Elmlər Universitetində (ASBÜ) Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin müəllifləri olan görkəmli şairlər – Əhməd Cavad və Mehmet Akif Ərsoyun xatirəsi anılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X"də paylaşım edib.
Tədbirdə ASBÜ-nün rektoru, professor Musa Kazım Arıcan və Ankaranın valisi Vasip Şahin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi və ictimai xadim Əhməd Cavadın, həmçinin türk xalqının milli azadlıq mübarizəsinin fəal iştirakçısı, Türkiyənin Dövlət Himninin mətninin müəllifi Mehmet Akif Ərsoyun yaradıcılığından danışıblar.
Bildirilib ki, Əhməd Cavadın və Mehmet Akif Ərsoyun yaradıcılığı Azərbaycanla Türkiyənin qardaşlığının rəmzi, iki xalqı birləşdirən körpüdür.
Tədbirdə görkəmli şairlərin həyat yoluna həsr olunmuş qısametrajlı filmlər və sərgi də nümayiş etdirilib.
Ankara’da, Ahmed Cevad Enstitüsü, Ankara Sosyal Bilimler Üniversitesi ve Büyükelçiliğimizin iş birliğiyle “İki Devlet, Tek Millet Tezahürü: Ahmed Cevad ve Mehmet Akif Ersoy’u Anma ve Anlama” başlıklı etkinlik düzenlendi. Ankara Valisi Sayın Vasip Şahin, Ankara Sosyal Bilimler… pic.twitter.com/3cpZN5TOlG
— Azerbaycan Büyükelçiliği Türkiye (@AzEmbassyTurkey) December 25, 2025