Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq

Xarici siyasət
  • 21 avqust, 2018
  • 11:59
Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq
Almaniya kansleri Angela Merkel
REUTERS/ Max Rossi

Bakı. 21 avqust. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza bu həftə baş tutacaq səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

"Report" Almaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffan Zayber keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Almaniya Avropa İttifaqından olan tərəfdaşları ilə birlikdə danışıqlar prosesini və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, eləcə də tərəfləri münaqişənin sülh yolu ilə həll olunmasına çağırır.

Xatırladaq ki, Angela Merkel avqustun 23-25-də Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

44 filmi