Anaklaudia Rossbax: Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur

Xarici siyasət
  • 20 may, 2026
  • 10:25
Anaklaudia Rossbax: Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur

Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycan bir neçə gün öncə yağan yağışlar zamanı ekstremal vəziyyətlərdə necə işləmək lazım olduğunu dünyaya göstərdi:

"Yağıntılar normadan artıq düşmüşdü. Lakin bu tədbirə ev sahibliyi edən ölkənin necə mübarizə aparmasının şahidi olduq. Çünki daşqınlar, istilik dalğaları, torpaq sürüşmələri və müxtəlif digər hadisələr iqlim və mənzil məsələləri ilə bağlı müzakirələri ön plana çıxarır. Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur, elektrik enerjisi yoxdur. Bu müzakirələr "Yeni Şəhər Gündəliyi"nin aralıq icmalında öz əksini tapacaq. Qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələdə uğursuz olmuşuq. Biz bu problemin qarşısını ala bilməmişik və problem getdikcə daha da artır".