Anaklaudia Rossbax: Milyonlarla insan münaqişələr və ya iqlim səbəbindən köçkün vəziyyətinə düşür
- 19 may, 2026
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada milyonlarla insan münaqişələr və ya iqlim səbəbindən köçkün vəziyyətinə düşür.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda deyib.
Onun sözlərinə görə, dünyada 2,8 milyard insanın hələ də təhlükəsiz və adekvat mənzilə çıxışdan məhrumdur:
"Dünya əvvəlkindən daha çox bir-birinə bağlıdır, lakin eyni zamanda çox vaxt lazım olduğundan daha qeyri-bərabərdir. Bu sessiyanın üzləşməli olduğu paradoks budur, çünki inklüzivlik və daha geniş sosial-iqtisadi baxış olmadan əlaqəlilik sadəcə az sayda insanın faydalandığı qurulmuş infrastruktur olur. Multimodal dəhlizlər malların və insanların səmərəli şəkildə hərəkətini təmin etməklə yanaşı, daha çox funksiyanı yerinə yetirir. Onlar bütün regionların iqtisadi coğrafiyasını yenidən formalaşdırır".
A.Rossbax bildirib ki, şəhərlərin planlaşdırılması zamanı bütöv əraziləri nəzərə almaq lazımdır:
"Nəqliyyat koridorlarına investisiya edərkən həmin marşrutlar boyunca yerləşən icmalara, onların mənzil fonduna, bazarlarına, xidmətlərinə, torpaqlarına və dolanışıq vasitələrinə də investisiya qoymalıyıq. Bu ehtiyac xüsusilə münaqişədən sonrakı bərpa proseslərində daha kəskindir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma işləri məhz bu çağırışlarla geniş miqyasda üz-üzədir".