Amina Mohammed: Azərbaycan urbanizm mövzusunu qlobal səviyyəyə qaldırıb

Xarici siyasət
  • 22 may, 2026
  • 15:28
Amina Mohammed: Azərbaycan urbanizm mövzusunu qlobal səviyyəyə qaldırıb

Azərbaycan çoxəsrlik ənənələrə hörməti şəhərlərin inkişafına müasir yanaşmaların təşviqi ilə birləşdirərək, urbanistika mövzusunu qlobal səviyyəyə çıxarıb.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.

"Azərbaycan 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan edərək, çoxəsrlik ənənələrə ehtiram göstərməklə və eyni zamanda müasir dünyanın yeni çağırışlarına mütərəqqi yanaşmaları təşviq etməklə, urbanistika mövzusunu qlobal səviyyə çıxarıb", - o qeyd edib.

A.Mohammad qeyd edib ki, Azərbaycanda bərpa və inkişaf, icmaların reinteqrasiyası, infrastrukturun yenidən qurulması və sülhün möhkəmləndirilməsi prosesləri müşahidə olunur.

O vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər bərpadan sonra tədricən mədəni həyat, sosial həmrəylik və iqtisadi inkişaf mərkəzlərinə çevrilir.

44 - Tezliklə