Almaniya səfiri: "Bu gün sülh həmişə olduğundan daha da aktualdır"

Xarici siyasət
  • 08 noyabr, 2022
  • 04:05
Almaniya səfiri: Bu gün sülh həmişə olduğundan daha da aktualdır

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann 8 Noyabr – Zəfər Günündə İkinci Qarabağ müharibəsinin başa çatmasının ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, diplomat tviterdə yazıb:

“Bu gün, 44 günlük müharibənin bitməsindən 2 il sonra, sülh həmişə olduğundan daha da aktualdır. Sülhə bir şans verək!”.