Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub
- 15 oktyabr, 2025
- 23:32

Almaniya Parlament Cəmiyyətində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
O, qeyd edib ki, Almaniya Parlament Cəmiyyətində nüfuzlu hökumət nümayəndələrinin, Bundestaqın, analitik mərkəzlərin və aparıcı KİV-lərin iştirakı ilə maraqlı müzakirə keçirilib. "Biz dəyişən regional və qlobal dinamika şəraitində sülhün, sabitliyin və qarşılıqlı əlaqənin möhkəmlənməsində Azərbaycanın mühüm rolunu müzakirə etdik", - H.Hacıyev qeyd edib.
Engaging discussion today at the German Parliamentary Society with distinguished reps of 🇩🇪 Government, Bundestag, think tanks, & leading media. We discussed Azerbaijan’s pivotal role in fostering peace, stability, and connectivity amid evolving regional & global dynamics. pic.twitter.com/AcJLeVVYLx
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 15, 2025
