Qazaxıstan rəsmisi: Gənclər ECO-nun inkişafında xüsusi rol oynayır
- 01 iyul, 2025
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) inkişafında xüsusi rol oynayır.
“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Komitəsinin idarə rəhbəri Almagül Kutanova bildirib.
"Qazaxıstan ECO-nun fəal iştirakçısıdır. Bu gün məhz gənclər təşkilatın inkişafına əsas töhfə verir. Gənc nəsil qarşısında ciddi çağırışlar durur. Bunları aradan qaldırmaq lazımdır", - o, Ağdamda keçirilən ECO Gənclər Forumunda çıxışı zamanı söyləyib.
A.Kutanova həmçinin vurğulayıb ki, Ağdamda keçirilən ECO Gənclər Forumunun təşkilatçılarına yüksək təşkilatçılığa görə təşəkkür etmək istəyir. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin şəhərin inkişafına xüsusi töhfəsini qeyd edib.
“Biz Ağdamda gördüklərimizə heyran qaldıq və Azərbaycan Prezidentinin bu qısa müddətdə şəhərin inkişafına verdiyi töhfəni qeyd etmək istəyirik", - A.Kutanova bildirib.