Ali Radanın deputatı: “Kiyev-Ankara-Bakı arasında münaqişələrin həlli üçün geosiyasi müstəvi yaranacaq”

Xarici siyasət
  • 18 dekabr, 2021
  • 13:09
Ali Radanın deputatı: “Kiyev-Ankara-Bakı arasında münaqişələrin həlli üçün geosiyasi müstəvi yaranacaq”
Valeriy Kolyux

“Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Brüssel samitindəki görüşü bir daha Azərbaycanın Türkiyə ilə bərabər bizim ölkənin strateji tərəfdaşı olduğunu təsdiqləyir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Valeriy Kolyux bildirib.

O qeyd edib ki, Ukraynaya Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi təcrübəsi olduqca lazımlıdır:

"Biz bu problemin həllini bütün beynəlxalq formatlarda axtarırıq - Normand formatında və Brüsseldə. Bu səbəbdən Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Ərdoğanla birgə Ukraynaya rəsmi səfər etrməsi təklifi bir daha təsdiqləyir ki, biz təkcə strateji tərəfdaş deyilik, həmçinin biz Ukraynaya aid olan ərazi bütövlüyünü təmin etməsi yollarını axtarırırq. Bu səbəbdən, ümid edirik ki, Ukrayna - Ankara - Bakı arasında postsovet məkanındakı münaqişələrin həllinə yönələcək geosiyasi müstəvi yaranacaq".

Deputatın fikrincə, Azərbaycan Prezidentinin Brüsseldəki görüşləri onu göstərdi ki, hətta öz opponentləri ilə də danışıqlar masasına oturmaq lazımdır və bu onu deməyə əsas verir ki, tezliklə sərhədlərin delimitasiyasını həyata keçirmək lazımdır:

"Sülh müqaviləsi imzalamaq lazımdır. Bunu Azərbaycan Prezidenti dəfələrlə mövqe kimi ortaya qoyub. Çünki müharibə pisdir və hər zaman dinc insanların ölümünə səbəb olur, bu səbəbdən, bütün məsələləri diplomatik yolla həll etmək lazımdır” - deyə, o əlavə edib.

44 filmi