Aida Robbana: Şəhər planlaşdırılması əlilliyi olan insanların ehtiyaclarına əsaslanmalıdır
- 19 may, 2026
- 15:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Sosial məkan və şəhərsalma məsələləri sağlamlıq imkanları məhdud olan insanların ehtiyacları nəzərə alınmaqla həll edilməlidir.
"Report"un məlumatına görə, bunu UN-Habitat-ın Tunisdəki ofisinin rəhbəri doktor Aida Robbana WUF13 çərçivəsində UN-Habitat ilə "Alwaleed Philanthropies" arasında əlilliyi olan insanlar üçün inklüziv mənzil təminatının təşviqinə dair tərəfdaşlıq sazişinin imzalanmasına həsr olunmuş tədbiridə çıxış edərkən bildirib.
Robbana vurğulayıb ki, şəhər planlaşdırılması prosesində sosial mənzil sahəsində standart həllərlə kifayətlənmək əvəzinə, əhalinin mədəni xüsusiyyətləri və real yaşayış şəraiti nəzərə alınmalıdır.
Onun sözlərinə görə, proqram çərçivəsində əlilliyi olan insanlarla artıq məsləhətləşmələr aparılıb ki, onların ehtiyacları və problemləri birbaşa qeydə alınsın.
"Proqramın başlanmasından bəri biz əlilliyi olan insanlarla üç məsləhətləşmə təşkil edərək onların mənzil sahəsində, eləcə də ictimai məkanlara və dövlət müəssisələrinə çıxış zamanı üzləşdikləri çətinliklərlə bağlı məlumat əldə etməyə çalışmışıq", - Robbana bildirib.