Aida Balayeva: Qazaxıstan dinlərarası dialoqların möhkəmləndirilməsinə xüsusi diqqət ayırır
- 13 noyabr, 2025
- 12:41
Qazaxıstan mənəviyyatın inkişafına və dinlərarası dialoqların möhkəmləndirilməsinə xüsusi diqqət ayırır.
"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət naziri Aida Balayevanın "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin iştirakçılarına müraciətində bildirilib.
"Xüsusilə qeyd edirəm ki, ölkəmizin dövlət proqramları bütün etnik qrupların mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunmasını dəstəkləyir, milli azlıqların dil və təhsil təşəbbüslərinin inkişafına töhfə verir", - nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Qazaxıstan gənclərin tolerantlıq, insan hüquqlarına hörmət, müxtəlif etnik və dini icmalar arasında qarşılıqlı anlaşma ruhunda tərbiyə edilməsinə xüsusi diqqət ayırır.
"Bugünkü konqres fikirlərin birləşdirilməsi, təcrübə mübadiləsi və Mərkəzi Asiyanın mənəvi zənginliyinin qorunması və artırılmasına yönəlmiş birgə qərarların hazırlanması üçün bir platforma olacaq", - nazir vurğulayıb.