Aİ səfiri: Gələn həftə Naxçıvanda "Merlərin Razılaşması" tədbiri keçiriləcək

Xarici siyasət
  • 07 fevral, 2026
  • 13:43
Aİ səfiri: Gələn həftə Naxçıvanda Merlərin Razılaşması tədbiri keçiriləcək

Fevralın 13-də Naxçıvanda "Merlərin Razılaşması" (Covenant of Mayors) regional proqramı çərçivəsində tədbirin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.

O qeyd edib ki, Azərbaycanda həmçinin "Avropada təhsil" sərgisi, "Avropa mətbəxi" festivalı və "Avropa şəhərciyi" kimi ənənəvi Aİ tədbirlərinin keçirilməsi planlaşdırılır.

"Növbəti mühüm hadisə "Merlərin Razılaşması" regional proqramı çərçivəsində fevralın 13-də Naxçıvanda keçirilməsi planlaşdırılan tədbir olacaq", - o bildirib.