Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Xarici siyasət
- 13 noyabr, 2017
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 noyabr. REPORT.AZ / Toyvo Klaar Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində təsdiqlənib.
"Report" xəbər verir ki, müvafiq qərar bu gün Avropa Şurası tərəfindən qəbul edilib.
Onun vəzifəsi regiondakı münaqişələrin, yəni Gürcüstan böhranı və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, eləcə də regional əməkdaşlığın təşviqinə kömək etməkdən ibarət olacaq.
Toyvo Klaar hazırda Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) Mərkəzi Asiya şöbəsinin rəhbəridir və bu təyinata qədər Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışıb.
Toyvo Klaar 2014-ci il iyulun 8-dən bu vəzifəni tutan səfir Herbert Zalberi əvəz edib.
Son xəbərlər
19:44
"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"
Futbol
19:35
Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Xarici siyasət
19:32
Anar Kərimov IMF və Dünya Bankı Qrupunun İllik Toplantılarında iştirak edir
Maliyyə
19:30
ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr
19:30
Foto
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Xarici siyasət
19:25
İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib
Xarici siyasət
19:10
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatının yekun hazırlığına başlayıb
Komanda
19:09
Foto
İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
Xarici siyasət
19:08
Foto
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
Xarici siyasət