Ahmed Sengando: "İƏT ölkələri işsizliklə bağlı müxtəlif çağırış və problemlərlə üz-üzədir"
- 23 noyabr, 2023
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
"İƏT ölkələri işsizliklə bağlı müxtəlif çağırış və problemlərlə üz-üzədir".
"Report" xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Ahmed Sengando əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, üzv ölkələr arasında işsizlik həqiqətən yüksəkdir: "Biz çox işlər görməliyik. COVID-19 pandemiyası məşğulluq sahəsinə çətinliklər gətirdi. Bərpa etsək də problemlər mövcuddur. Bir araya gələrək bunun öhdəsindən gələ bilərik. Əmək sahəsində xüsusi ixtisaslaşmış sahəmiz yox idi. Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə Əmək Mərkəzi yaradıldı. Bu, İƏT ailəsinə məşğulluq və əmək sahəsində köməklik edəcək. Bu ideyaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.