ABŞ səfirliyi: Neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq

Xarici siyasət
  • 06 dekabr, 2015
  • 18:17
ABŞ səfirliyi: Neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi "“Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəynatı yayıb. "Report"un xəbərinə görə, səfirliyin açıqlamasında deyilir: "Biz SOCAR-ın Xəzər dənizindəki neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış işçilərə və onların ailələrinə başsağlığı və səbr diləyirik".