ABŞ səfiri seçki nəticələrinin Azərbaycanla münasibətlərə necə təsir edəcəyinə dair fikir bildirib

Xarici siyasət
  • 09 noyabr, 2016
  • 03:59
ABŞ səfiri seçki nəticələrinin Azərbaycanla münasibətlərə necə təsir edəcəyinə dair fikir bildirib

Bakı. 9 noyabr. REPORT.AZ/ "Bu gün biz amerikalılar üçün həyəcanlı gündür. Onu da bildirim ki, demokratiya yalnız seçkilər demək deyil".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R.Sekuta Amerikada seçicilərin bir hissəsinin siyahıdan çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

"Mən belə bir xəbərə rast gəlməmişəm. Həmçinin ABŞ mediasında da belə bir məlumat yoxdur".

Səfir seçkilərin nəticələrinin ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcəyinə dair də fikir bildirib:

"Yeni komandaya kimin rəhbərlik edəcəyini bilmirik. O, gələndən sonra həmin komanda öz siyasətini müəyyən edəcək. Amma onu deyim ki, yanvarın 20-ə qədər prezident Barak Obama olacaq".

44 filmi