ABŞ-li nümayəndə: Süni intellekt, sadəcə, tapşırıqların öhdəsindən gələn bir maşındır

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 16:21
ABŞ-li nümayəndə: Süni intellekt, sadəcə, tapşırıqların öhdəsindən gələn bir maşındır

Süni intellekt, sadəcə, tapşırıqların öhdəsindən gələn bir maşındır.

"Report" xəbər verir ki, bunu Alyaska Boru Kəməri Xidmət Şirkətinin sabiq prezidenti, Amerika Enerji Təhlükəsizliyi Təşəbbüsünün baş elmi işçisi və direktoru Briqam MakKaun Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Enerji təhlükəsizliyi və bağlantılar sessiyasının sual-cavab mərhələsində onlayn nitqi zamanı deyib.

O, müasir texnoloji inkişaf şəraitində süni intellektə tam etibar etməyin tərəfdarı olmadığını vurğulayıb:

"Bu halda sual yaranır,süni intellektə etibar etmək olarmı? Mən düşünmürəm ki, hər hansı bir maşına, yəni texnikaya tam etimad mümkün olsun. Eləcə də süni intellektə tam etibar etmək olmaz".

Son xəbərlər

Bütün Xəbər Lenti