ABŞ-ın yüksək vəzifəli diplomatı Əfqanıstan məsələsinə görə Azərbaycana təşəkkür edib

Xarici siyasət
  • 06 noyabr, 2021
  • 12:15
ABŞ-ın yüksək vəzifəli diplomatı Əfqanıstan məsələsinə görə Azərbaycana təşəkkür edib

ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson Azərbaycana təşəkkür edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Diplomat təşəkkürünü noyabrın 6-da Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.

E.Olson Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirib və bu xüsusda təşəkkür ifadə edib.