ABŞ dövlət katibinin köməkçisi Azərbaycan səfirliyini ziyarət edib - FOTO

Xarici siyasət
  • 28 dekabr, 2024
  • 17:44
ABŞ dövlət katibinin köməkçisi Azərbaycan səfirliyini ziyarət edib - FOTO

ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də AZAL təyyarəsinin qəzası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Amerikalı diplomat Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyub.