Abbas Abbasov: BTQ beynəlxalq platformalarda müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləyir

Xarici siyasət
  • 25 sentyabr, 2025
  • 19:18
Abbas Abbasov: BTQ beynəlxalq platformalarda müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləyir

2023-cü ildən Bakı Təşəbbüs Qrupu (BTQ) müxtəlif beynəlxalq platformalarda müstəmləkəçi ölkələrin qanuni mübarizəsini dəstəkləməyə başlayıb.

"Report" xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil-qərargahında keçirdiyi "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfransda açılış nitqi zamanı deyib.

O qeyd edib ki, BTQ müstəmləkəçiliyin aradan qaldırılması və onun nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayıb. "BTQ yarandığı vaxtdan etibarən müstəmləkəçilik və neokolonializm mövzularını uğurla hökumətlərarası təşkilatların gündəminə çıxarıb, bu siyasətin nəticələri barədə beynəlxalq ictimaiyyətə dolğun məlumat verib", - Qrupun icraçı direktoru vurğulayıb.

A.Abbasov qeyd edib ki, təşkilat fəaliyyətə başladıqdan sonra dünya ictimaiyyətinin kolonializm və neokolonializm mövzularında məlumatlılığı xeyli artıb. "Bu, bizim təşkilatımızın və dənizaşırı ərazilərdə fəaliyyət göstərən qurumlarla sıx əməkdaşlığımızın nəticəsidir. Məhz bu birgə fəaliyyət sayəsində beynəlxalq təşkilatlarda bu mövzu daha tez-tez gündəmə gətirilir və təşkilatımıza maraq da getdikcə artır".

Son xəbərlər

Bütün Xəbər Lenti