BMT Azərbaycana 2020-ci ildən indiyədək 11 milyon dollardan çox dəstək göstərib

Xarici siyasət
  • 05 sentyabr, 2022
  • 08:00
BMT Azərbaycana 2020-ci ildən indiyədək 11 milyon dollardan çox dəstək göstərib

“Minalar insanların öz evlərinə qayıtmasına böyük təhlükə yaradır”.

“Report”un xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum 1999-cu ildən ANAMA ilə güclü əməkdaşlıq edir: “2020-ci ildə başlayan müharibə bitəndən sonra BMT Azərbaycana 11 milyon dollardan çox dəstək göstərib. Müxtəlif ekspertlər cəlb olunub, xüsusi texnikalarla bağlı köməklik edilib. Qarşımızda çox böyük işlər var”.

44 filmi