Türkiyənin mülki aviasiya sənayesi zərərdə
Turizm
- 13 noyabr, 2020
- 11:39
Bu ilin III rübündə Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti 946 milyon lirə (təxminən 123 milyon ABŞ dolları) zərər edib. Halbuki aviaşirkət ötən ilin eyni dövründən 3,7 milyard lirə (482 milyon ABŞ dolları) mənfəətlə çıxmışdı.
“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.
III rübdə Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus Airlines” isə 103 milyon lirə (təxminən 13,5 milyon ABŞ dolları) mənfəət əldə edib. Bu isə illik müqayisədə 91,4% azdır.
Qonşu ölkənin hava limanlarının idarə edilməsi ilə məşğul olan TAV şirkəti isə III rübü 445 milyon lirə (təxminən 58 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 561 milyon lirə (təxminən 73 milyon ABŞ dolları) mənfəət əldə etmişdi.
Son xəbərlər
20:49
Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq
Region20:45
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyunu başlayıb
Futbol20:38
SEPAH: İranı Qərbi Azərbaycan və Kürdüstan vasitəsilə parçalamaq istəyirdilər
Region20:35
Foto
İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib
Region20:25
"Mançester Yunayted" Karlos Balebanı heyətinə qatdığını açıqlayıb
Futbol20:22
Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib
Xarici siyasət19:54
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq
Elm və təhsil19:45
Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb
Komanda19:42