Serbiyadan Azərbaycana birbaşa aviareyslərin açılmasının mümkün tarixi bəlli olub

Turizm
  • 25 noyabr, 2025
  • 01:00
Serbiyadan Azərbaycana birbaşa aviareyslərin açılmasının mümkün tarixi bəlli olub

Serbiyanın milli aviadaşıyıcısı "Air Serbia" gələn ilin yayında Belqrad və Bakı arasında birbaşa uçuşların açılması ilə bağlı Azərbaycanla danışıqların son mərhələsindədir.

"Report" xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio Televiziyasına (RTS) məlumat verib.

Onun sözlərinə görə, "Air Serbia" Yaxın Şərqə yeni aviareysin açılması imkanını da nəzərdən keçirir:

"Avropada biz şəbəkəmizi daha da genişləndirməyi və yeni istiqamətlər açmağı planlaşdırırıq. Tiflisdəki uğurumuzdan sonra biz Bakıya növbəti marşrutumuzu işə salmaq üçün danışıqların son mərhələsindəyik. Tezliklə qərar veriləcək. Biz həmçinin Yaxın Şərq istiqamətini də nəzərdən keçiririk".

O, noyabrın əvvəlində Astanadan Belqrada birbaşa uçuşlar açan Qazaxıstanın "SCAT" aviaşirkəti ilə əməkdaşlığı da xatırladıb: "Biz, həmçinin "Royal Jordanian Airlines" (İordaniyanın milli aviaşirkəti – red.) ilə də gələn ilin aprelində Əmmandan reyslərin başlaması planlaşdırırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti