Sədr: "Turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir"

Turizm
  • 23 iyun, 2026
  • 10:27
Sədr: Turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir

Müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, eyni zamanda sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsidir, çünki artıq turizmdə uğur yalnız turist sayının artması ilə deyil, həm də yaradılan dəyərin necə paylandığı, təbiətə və icmalara necə təsir etdiyi ilə ölçülür.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir: "Azərbaycanın əsas məqsədi isə zəngin təbii və mədəni irsi yalnız təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir".

Sədr qeyd edib ki, Dövlət Turizm Agentliyi tərəfindən dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atılır: "Bu çərçivədə təbiət əsaslı turizm marşrutlarının inkişafı, həmçinin ekoturizm və aqroturizm istiqamətlərinin genişləndirilməsi prioritetlər sırasındadır. Qlobal iqlim dəyişiklikləri fonunda turizm sektorunun gələcəyi sağlam ətraf mühitin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadədən və dayanıqlı inkişaf prinsiplərinin tətbiqindən asılıdır".

44 - Tezliklə