Kubanın bəzi adaları əcnəbi turistlər üçün açılır
Turizm
- 19 iyun, 2020
- 09:00
Kuba hökuməti iyulun 1-dən ölkənin şimalda və cənub-şərqdə yerləşən beş mərcan adasını əcnəbi turistlər üçün açmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilir.
Çərşənbə günü turizm naziri Xuan Karlos Qarsia tərəfindən açıqlanan plana əsasən, “yeni şəraitə” keçid dövrünün hazırkı ikinci mərhələsində əcnəbi turistlər yerləşdirildiyi adadan kənara çıxa bilməyəcəklər. Əcnəbi turistlərin ölkə boyu hərəkət etməsinə isə üçüncü mərhələdə yol veriləcək.
Səhiyyə Nazirliyinin son məlumatına görə, Kubada COVID-19 virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 2 295-dir. O cümlədən 85 nəfər ölüb, 2 020 nəfər də sağalıb.
Son xəbərlər
19:05
Seymur Səfərli: Giləmeyvə istehsalının daha da genişləndirilməsi prioritetlərdən biridir
ASK18:56
"Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb
Fərdi18:50
Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
Hadisə18:47
Foto
Zelenski Azərbaycan əsilli prokuroru təltif edib
Xarici siyasət18:30
Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib
Region18:19
Foto
"Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi keçirilib
Komanda17:54
Ötən gün 9 qanunsuz silah aşkarlanıb
Hadisə17:48
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Hadisə17:36