Qazaxıstandan hər il təqribən 10 min turist müalicə üçün Azərbaycana gəlir

Turizm
  • 11 iyul, 2016
  • 11:32
Qazaxıstandan hər il təqribən 10 min turist müalicə üçün Azərbaycana gəlir

Bakı. 11 iyul. REPORT.AZ/ Qazaxıstandan gələn turistlərin 35%-i Azərbaycana müalicə məqsədilə təşrif gətirir.

"Report" "Bnews.Kz" portalına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Zakir Sülüymanov məlumat verib.

Onun sözlərinə görə, hər il Qazaxıstandan təqribən 10 min turist müalicə üçün Azərbaycana gəlir.

Nazirlik nümayəndəsi əlavə edib ki, Qazaxıstan vətəndaşları arasında Azərbaycanın turizm potensialı barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi barədə işlər davam edəcək.

44 - Tezliklə