Henri Oh: "Azərbaycan PATA-ya müraciət etməklə düzgün seçim edib"

Turizm
  • 29 oktyabr, 2026
  • 10:50
Henri Oh: Azərbaycan PATA-ya müraciət etməklə düzgün seçim edib

Azərbaycan Sakit Okean Asiya Səyahət Assosiasiyasına (PATA) müraciət etməklə düzgün seçim edib.

"Report" xəbər verir ki, bunu PATA-nın sədri Henri Oh "PATA Hosted Buyers Summit Baku 2026"da deyib.

Onun sözlərinə görə, PATA-nın Asiyadan olan alıcılar şəbəkəsi var: "Onların 50-ni PATA seçib Azərbaycana dəvət edib. Onlar Azərbaycanın qonaqpərvərliyini və necə gözəl, möhtəşəm ölkə olduğunu hiss etməlidirlər. Bu bizim borcumuzdur, çünki onlar sizi qəbul ediblər".

O qeyd edib ki, Azərbaycan Asiya üçün turizm potensialı yüksək olan gizli cəvahirdir:

"Azərbaycana Koreya, Yaponiya, Çin, Sinqapur, İndoneziyadan səyahət edirlər. Lakin artıq Asiyanın hüdudlarından kənara səyahət etmək vaxtıdır. Hər bir koreyalı, hər bir çinli bütün dünyanı səyahət edir, lakin mən koreyalı turistləri görməyimə çox şad oldum. Koreyalı qrupla bir təyyarədə uçurdum. Dünən isə Qobustanda çinli turistlərlə rastlaşdım. Beləliklə, mən Azərbaycanın diqqət yetirdiyi turizmin inkişafını görürəm".

H. Oh bildirib ki, Azərbaycan turizmini təşviq etmək, Asiyadan daha çox turist qəbul etmək istəyir: "Məhz buna görə də onlar Asiyadan olan bütün alıcıları buraya dəvət etmək üçün bu qədər səy və vəsait xərcləyirlər. Onlar düzgün seçim ediblər, çünki PATA-ya müraciət ediblər".