Bu il Azərbaycana ən çox uçuşlar Rusiya və Türkiyədən olub
- 07 may, 2024
- 15:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə Azərbaycana ən çox 2 239 reys olmaqla Rusiyadan təşkil olunub.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % artım deməkdir.
Hesabat dövründə Azərbaycana ümumiyyətlə 7 590 aviareys həyata keçirilib. Bu, bir il öncəki göstərici ilə müqayisədə 22,2 % çoxdur.
Hesabat dövründə Azərbaycana Türkiyədən 1 629 (+9,9 %), Birləşmiş Ərəb Əmirliklərindən 964 (+35,7 %), Gürcüstandan 625 (-13,6%), Səudiyyə Ərəbistandan 237 (-17,2 %), Qazaxıstandan 225 (+20,3 %), Qətərdən 198 (-65 %), Hindistandan 189 (-13,5 dəfə), Özbəkistandan 133 (-87,9 %), İtaliyadan 123 (+2,6 dəfə), Küveytdən 119 ( +1,5 dəfə), Belarusdan 99 (+30,2 %), Almaniyadan 92 (-3,2 %), Birləşmiş Krallıqdan 76 (+76,7 %), Polşadan 74 (+1,3 %), Pakistandan 70 (+2,9 dəfə), Çindən 63 (+7,6 dəfə), İsraildən 51 (-45 %), Macarıstandan 50 (+38,8 %), Çexiyadan 44 (+2 dəfə), Bəhreyndən 43 (+26,4 %), Moldovadan 38 (+4,75 dəfə), İrandan 35 (+2,9 %), İraqdan 26, Misirdən 16 (-18,7 %) aviareys təşkil olunub.
Bundan başqa Avstriyadan 41, Fransadan 41, İspaniyadan 40, isveçrədən 7, Qırğızıstandan 2 və Yunanıstandan 1 aviareys təşkil olunub. Ötən ilin eyni dövründə bu ölkələrdən Azərbaycana uçuşlar olmayıb.