Bu il Azərbaycan hansı ölkələrə uçuşlar həyata keçirib?

Turizm
  • 07 may, 2024
  • 13:19
Bu il Azərbaycan hansı ölkələrə uçuşlar həyata keçirib?

Bu ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə Azərbaycandan ən çox 2 208 reys olmaqla Rusiyaya təşkil olunub.

“Report”Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Hesabat dövründə Azərbaycandan ümumiyyətlə 7 547 aviareys həyata keçirilib. Bu, bir il öncəki göstərici ilə müqayisədə 21,2 % çoxdur.

Yanvar-aprel aylarında Türkiyəyə 1 642 (+9,9 %), Birləşmiş Ərəb Əmirliklərinə 963 (+35,4 %), Gürcüstana 629 (+35,2 %), Səudiyyə Ərəbistana 238 (-13,4 %), Qazaxıstana 226 (-20,8 %), Qətərə 198 (+65 %), Hindistana 191 (+13,6 dəfə), Özbəkistana 134 (-93,2 %), İtaliyaya 123 (-2,6 dəfə), Küveytə 119 ( +48,7 %), Belarusa 82 (+7,8 %), Almaniyaya 79 (-18,9 %), Polşaya 74 (+1,3 %), Pakistana 73 (+3 dəfə), Birləşmiş Krallığa 72 (+1,7 dəfə), Çinə 61 (+7,6 dəfə), İsrailə 50 (+52 %), Macarıstana 50 (+38,8 %), Bəhreynə 43 (+26,4 %), Çexiyaya 43 (+1,9 dəfə), Moldovaya 38 (+4,75 dəfə), İrana 35 (+2,9 %), İraqa 27, Misirə 16 (-18,7 %) aviareys təşkil olunub.

Bundan başqa Avstriyaya 41, Fransaya 41, İspaniyaya 40, İsveçrəyə 10 və Yunanıstana 1 aviareys həyata keçirilib. Ötən ilin eyni dövründə bu ölkələrə reyslər olmayıb.