Bakıda rəsmi şəhər kartının yaradılmasına dair memorandum imzalanıb

Turizm
  • 28 fevral, 2018
  • 07:18
Bakıda rəsmi şəhər kartının yaradılmasına dair memorandum imzalanıb
Report

Bakı. 28 fevral. REPORT.AZ/ Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və "Paşa Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədi İlə memorandum imzalanıb. 

"Report" xəbər verir ki, bununla da turistlər üçün rəsmi şəhər kartı olan "Baku Card" yaradılacaq.

Tədbirdə çıxış edən BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov deyib ki, hazırda Bakıda 500-dən çox marşrut avtobusu kart sisteminə qoşulub: "Hazırda Bakı şəhərində 21 daşıyıcı 2 168 marşrutla sərnişinlərə xidmət göstərir ki, onlardan 500-də kart sistemi keçərlidir. Hesab edirəm ki, tərəflər bununla bağlı işçi qrupu yaradacaq və bütün suallar cavablandırılacaq".

Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev isə bildirib ki, "Baku Card" paytaxta gələn turistlərin statistikasını da əldə etməyə imkan verəcək.

Tədbirdə həmçinin bildirilib ki, "Baku Card" artıq bir neçə aydan sonra satışa çıxarılacaq.

44 - Tezliklə