AZTA-nın nəzdində aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır

Turizm
  • 14 iyun, 2018
  • 12:06
AZTA-nın nəzdində aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) nəzdində aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır. 

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, Assosiasiyanın nəqliyyat məsələləri üzrə komitəsinin növbəti iclası keçirilib. İclasda AZTA-nın İdarə Heyətinin üzvləri, o cümlədən Assosiasiyanın sədri Nahid Bağırov, "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev, eləcə də “Turkish Airlines”, “Ethihad Airlines”, “Qatar Airways”, “Air Astana” şirkətlərinin nümayəndələri iştirak edib.

Aviaşirkətlərin nümayəndələri AzTA-ya üzv olmaq təşəbbüsü ilə çıxış ediblər. Tərəflər arasında ilkin razılaşma əldə olunduğu üçün yaxın zamanlarda aviaşirkətlərin üzvlük prosesinin rəsmiləşdirilməsi prosesi həyata keçiriləcək.