Azərbaycanla İran arasında yeni aviareys açılıb
Turizm
- 16 iyun, 2016
- 11:23
Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanla İran arasında aviauçuşların coğrafiyası genişləndirilir. Bu gündən etibarən Tehran-Bakı-Təbriz marşrutu ilə yeni aviareys həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu uçuşları həyata keçirən İranın "ATA Airlines" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nader Şayesti bildirib.
Onun sözlərinə görə, uçuşlar həftənin bazar ertəsi və cümə axşamları yerinə yetiriləcək.
"Təyyarə saat 12:16-da Tehrandan Bakıya yola düşəcək və 13:30-da Bakıda olacaq. Eyni təyyarə 15:00-da Təbrizə uçacaq. Bakı-Tehran istiqamətində aviabiletin qiyməti (gediş -dönüş) 180 manat təşkil edir", - deyə o, bildirib.
Uçuşlar "Airbus-320" təyyarəsi ilə yerinə yetiriləcək.
Son xəbərlər
20:31
Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
Xarici siyasət20:28
ABA yerli banklarda debet kartların satışına məhdudiyyət qoyulması barədə məlumatları şərh edib
Maliyyə20:26
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir
Region20:22
Gürcüstan XİN rəhbəri: Azərbaycan-Ermənistan sülh prosesi Cənubi Qafqaz üçün vacibdir
Xarici siyasət20:19
Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
Region20:17
Cəbrayıl sakini: Bura köçəndən sonra fəaliyyətimi daha da genişləndirmişəm
Daxili siyasət20:13
Almaniyanın yeni "siması": İqtisadi problemlər və Paşinyana verilən 25 min avro
Analitika19:58
Foto
Popşoy: Moldova Azərbaycandan qaz və neft məhsullarının tədarükündə maraqlıdır
Energetika19:45