Azərbaycanın turizm şirkətləri Meksika ilə əlaqələrini gücləndirəcək

Turizm
  • 14 fevral, 2019
  • 11:48
Azərbaycanın turizm şirkətləri Meksika ilə əlaqələrini gücləndirəcək

Bakı. 14 fevral. REPORT.AZ/ Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores arasında görüş keçirilib.

Bu barədə "Report"a Agentlikdən bildirilib. 

Məlumata görə, görüşdə qurumun Meksikada keçirilən beynəlxalq tədbirlər barədə məlumatlandırılması, Azərbaycanın turizm şirkətlərinin həmin tədbirlərə cəlb edilməsi razılaşdırılıb.

Səfir Azərbaycan rəsmisinə Meksikanın turizm potensialı və ölkəsində geniş yayılmış tematik turizm üzrə mövcud təcrübə haqqında məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat əlaqələrinin turistlər üçün asanlaşdırılması məqsədilə "Türk Hava Yolları" aviaşirkətinin bu ilin avqust ayından etibarən həyata keçirəcəyi İstanbul - Mexiko - Kankun - İstanbul aviareysindən istifadə edilməsi təklif olunub.