Azərbaycanın turizm imkanları İstanbulda təqdim olunub

Turizm
  • 11 sentyabr, 2026
  • 17:31
Azərbaycanın turizm imkanları İstanbulda təqdim olunub

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi sentyabrın 10-11-də İstanbulda keçirilən "GlobeMeets B2B Networking Event 2026" tədbirində tərəfdaş ölkə qismində Azərbaycanı təmsil edib.

"Report" agentliyə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət, qastronomiya, lüks səyahət, təbiət, sağlamlıq, işgüzar turizm (MICE) imkanları və qonaqpərvərlik ənənələri Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan turizm sənayesi nümayəndələrinə təqdim olunub.

İstanbuldan olan mindən çox səyahət agentliyi, həmçinin 20 ölkədən 250 beynəlxalq alıcının iştirakı ilə işgüzar görüşlər və şəbəkələşmə sessiyaları keçirilib.

Eyni zamanda, tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev iştirak edib. O, çıxışında Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələrində əlaqələrə toxunub.