Azərbaycanın turizm imkanları Almaniya turoperatorlarına tanıdılır

Turizm
  • 01 oktyabr, 2019
  • 11:32
Azərbaycanın turizm imkanları Almaniya turoperatorlarına tanıdılır

Sentyabrın 30-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Almaniya turoperatorı ilə 100-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında tanışlıq görüşü keçirilib. 

Dövlət Turizm Agentliyindən "Report"a verilən məlumata görə, B2B (Biznesdən-biznesə) formatlı görüşdə alman şirkətləriilə əməkdaşlıqimkanları müzakirə olunub, gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

Berlin, Köln, Münhen və Frankfurt şəhərlərini təmsil edən 10 şirkət nümayəndələrinə Azərbaycandakı alman irsinin təqdim edilməsi məqsədilə Bakı, Gəncə, Göygöl və Şəmkir rayonlarına tanışlıq səfərləri təşkil ediləcək.

Səyahət paketlərinə Azərbaycanı ayrıca istiqamət kimi daxil edən turoperatorlar oktyabrın 5-nə qədər tanışlıq səfərlərində iştirak edəcəklər.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Almaniyanın Münhen şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.