Azərbaycanın ən yaxşı hotelləri məlum olub

Turizm
  • 28 fevral, 2025
  • 13:14
Azərbaycanın ən yaxşı hotelləri məlum olub

"Azərbaycan Hotel Assosiasiyası" (AHA) İctimai Birliyinin 6-cı Baş Assambleyası çərçivəsində ənənəvi "AHA Hospitality Awards 2024" mükafatlandırma mərasimi keçirilib.

“Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbirdə qonaqpərvərlik sənayesinin aparıcı təmsilçiləri bir araya gələrək ilin ən yaxşı hotellərini və sənaye peşəkarlarını təltif ediblər.

Bu il müxtəlif kateqoriyalar üzrə qalib olan hotellər və komandalar aşağıdakılar olub: 

İlin Ən Yaxşı Lüks Hoteli – The Ritz-Carlton, Baku

İlin Ən Yaxşı MICE Hoteli – Baku Marriott Hotel Boulevard

İlin Ən Yaxşı Medikal Təcrübəsi – Lankaran Springs Wellness Resort (TABIA Group)

İlin Ən Yaxşı Butik Hoteli – The Merchant Baku

İlin Ən Yaxşı Hotel Memarlığı və Dizaynı – Fairmont Baku, Flame Towers

İlin Ən Yaxşı SPA Təcrübəsi – Basqal Resort & SPA

İlin Ən Yaxşı Dayanıqlı Təcrübələri – JW Marriott Absheron Baku

İlin Ən Yaxşı Qida və İçki Komandası – JW Marriott Absheron Baku

İlin Ən Yaxşı Satış Komandası – Four Seasons Hotels and Resorts Baku

İlin Ən Yaxşı Təmizlik Xidməti Komandası – Hyatt Regency Baku

İlin Ən Yaxşı Ön Ofis Komandası – Four Seasons Hotels and Resorts Baku

İlin Ən Yaxşı Qonaq Məmnuniyyəti Hoteli (Trust You Score) – ibis Baku City Hotel

İlin Ən Yaxşı Hotel Meneceri – Elşən Qurbanəliyev

Bundan əlavə, ilk fəxri mükafat qonaqpərvərlik sənayesinin inkişafına davamlı dəstəyinə görə agentlik yanında Azərbaycan Turizm Bürosunun (ATB) Baş İcraçı Direktoru Florian Sengstschmid-ə təqdim olunub.