Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 25% artıb
- 28 fevral, 2017
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 37 455 nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 523 nəfər və ya 25,13% çoxdur.
"Report" bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər edib.
Bu müddətdə Türkiyəyə səfər edənlərin cəmi sayında azərbaycanlıların xüsusi çəkisi illik müqayisədə 0,99 faiz bəndi artaraq 3,55%-ə yüksəlib.
Qeyd edək ki, hesabat ayında Türkiyəyə səfər edən əcnəbilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,81% azalaraq 1 055 474 nəfər təşkil edib. Əcnəbilərin 53,14%-i və ya 560 880 nəfəri İstanbul, 13,74%-i və ya 145 046 nəfəri Artvin, 11,20%-i və ya 118 260 nəfəri Ədirnə, 6,13%-i və ya 64 653 nəfəri Antalya, 3,09%-i və ya 32 666 nəfəri Ağrıya səfər edib.