Azərbaycandan turist axını 4 %-dən çox artıb
Turizm
- 25 fevral, 2025
- 12:52
Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % artaraq 154,1 min nəfər olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşların 36,1 %-i Türkiyəyə, 15,4 %-i Rusiyaya, 11,7 %-i Gürcüstana, 10,7 %-i İrana, 26,1 %-i digər ölkələrə səfər edib, 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib.
Son 1 ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 36,5 %, Gürcüstana gedənlərin sayı 15,1 %, Türkiyəyə gedənlərin sayı 2,9 % artıb, Rusiyaya gedənlərin sayı isə 27,3 % azalıb.
Xarici ölkələrə səfər edənlərin 67,7 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Son xəbərlər
22:47
Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb
Xarici siyasət22:45
Macarıstanda Azərbaycan-TDT əməkdaşlığı müzakirə edilib
Xarici siyasət22:39
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir
Digər ölkələr22:36
"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb
Futbol22:34
Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib
Digər ölkələr22:25
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun tikintisində iştirak üzrə işçi qrup yaradıb
İnfrastruktur22:25
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Region22:14
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb
Xarici siyasət22:07