Azərbaycanda Turizm Reyestri gələn ilin ortalarında işə düşəcək

Turizm
  • 29 noyabr, 2019
  • 07:44
Azərbaycanda Turizm Reyestri gələn ilin ortalarında işə düşəcək

"Azərbaycanda Turizm Reyestrinin fəaliyyət göstərməsi ilə bağlı qaydalar aiddiyəti dövlət qurumlarına təqdim edilib".

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov məlumat verib.

“Turizm Reystri gələn ilin ortalarında işə düşəcək. Bu reyestrə turizm sənayesi subyektləri reystərə daxil ediləcək”, - o deyib.

Agentlik rəsmisi 2020-ci ildə turizm sahəsində həyata keçiriləcək işlər barədə də məlumat verib: “Əsas fəaliyyətimiz viza prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində infrastrukturun yenidən qurulması istiqamətində olacaq”. 

44 - Tezliklə