Azərbaycanda hotel və hotel tipli müəssisələrin sayı 4 % artıb

Turizm
  • 09 aprel, 2024
  • 10:15
Azərbaycanda  hotel və hotel tipli müəssisələrin sayı 4 % artıb

2023-cü ilin yekununda Azərbaycanda 758 hotel və hotel tipli müəssisə olub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 4,2 % çoxdur.

Hotellərin 272-si Bakının payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 10,5 % çoxdur.

Ötən il Quba-Xaçmaz regionunda hotel və hotel tipli müəssisələrin sayı 1,8 % azalaraq 107, Gəncə-Daşkəsən regionunda 26,6 % artaraq 38, Lənkəran-Astara regionunda 8 % artaraq 94, Qarabağda 7,7 % azalaraq 13, Naxçıvanda 61,5 % azalaraq 13 olub.

Bu ilin əvvəlinə ölkədə hotel və hotel tipli obyektlərin sayı isə 809 təşkil edib. Bu da ötən ilin əvvəli ilə müqayisədə 6,8 % çoxdur.

O cümlədən Bakıda hotel və hotel tipli obyektlərin sayı 14,3 % artaraq 303, Naxçıvanda isə 50 % azalaraq 14 olub.