Azərbaycanda aqroturizm Avropa təcrübəsi əsasında inkişaf etdirilə bilər

Turizm
  • 10 fevral, 2022
  • 10:57
Azərbaycanda aqroturizm Avropa təcrübəsi əsasında inkişaf etdirilə bilər

"Avropra İttifaqı (Aİ) aqroturizmin inkişaf etdirilməsi ilə bağlı təcrübəsini Azərbaycana ötürə bilər. Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) də dəstəkləyir".

Bunu “Report”a açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin layihə meneceri Rayner Freund deyib.

Onun sözlərinə görə, Azərbaycanda aqroturizmin inkişafı üçün ekosistemin dəstəklənməsinə ehtiyac var: "Aqroturizm turistlərin kənd həyat tərzinə cəlb edilməsi, eləcə də onların kənd təsərrüfatı fəaliyyətində iştirakının təmin olunmasıdır. Bu məqsədlə fermer təsərrüfatları, meyvə bağları turizm məkanı kimi turistlərə təklif edilir. Ona görə də təsərrüfatlara, bağlara turistlərin getməsi üçün əlverişli infrastruktur olmalıdır. Fermerlər onların ərazilərinə gələn insanları itməməlidirlər. Bu istiqamətdə çoxlu sayda fəaliyyət növbləri, özəl sektor təşəbbüsləri təşəbbüsləri var. KTN ilə yanaşı Dövlət Turizm Agentliyi də bu fəaliyyətləri dəstəkləyir. Növbəti mərhələdə aydın hüquqi struktura ehtiyac var ki, agroturizmin inkişafını konstruktiv yolla dəstəkləsin. Biz bu istiqamətdə KTN-lə birgə işləyirik”,- deyə o bildirib.

R.Freund vurğulayıb ki, Aİ-nın ayrıca aqrar siyasəti var: “Bu siyasətin bir elementi tvininq dəstək alətidir. Bu alət dövlətin fermerlərinin gəlirlərinin diversifikasiyana hansı formada dəstək verməsi ilə bağlıdır. Aİ-nın Azərbaycandakı nümayəndəliyinin dəstəklədiyi “Agri vision” layihəsi çərçivəsində biz kiçik sahibkarların, fermerlərin hansı formada institusional dəstəyə ehtiyaclarının olmasını göstəririk. Onları qanunvericilik bazasının forması ilə bağlı praktiki nümunələrlə tanış edirik. Fermerlərə göstəririk ki, təsərrüfatları, bağları aqroturizm üçün hansı formada olmalıdır, hansı meyarlara cavab verməlidir. Ümid edirəm ki, bu təsərrüfatlar Aİ-nın təcrübəsi ilə biznesi inkişaf etdirə biləcəklər”.