Azərbaycana uçuşların sayı 23 % artıb
Turizm
- 13 iyul, 2024
- 09:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 12 285 aviareys təşkil olunub.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş olub - 3 623 reys. Bu da 1 il əvvələ nisbətən 12 % çoxdur.
Təkcə iyunda isə Azərbaycana 2 467 aviareys təşkil olunub. Bu, illik müqayisədə 24,3 % çoxdur. Ötən ay Rusiyadan isə 725 uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 18,8 % çoxdur.
Hesabat dövründə Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 2 602 uçuş olub ki, bu da illik müqayisədə 8,8 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 522 reyslə (+39,8 %) daxil olub.
Son xəbərlər
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:58
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb
Komanda
23:49
A Seriyasının lideri "Latsio" səfərdə "Sassuolo"nu darmadağın edib
Futbol