Azərbaycan Moskvada keçirilən “MITT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

Turizm
  • 13 mart, 2018
  • 08:52
Azərbaycan Moskvada keçirilən “MITT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur
Mct.gov.az

Bakı. 13 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliy bu gündən Moskvada (Rusiya) keçirilən və martın 15-də başa çatacaq “MITT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur.

Bu barədə "Report"a nazirlikdən bildirilib. 

Məlumata görə, sərgidə qurumun turizm şöbəsinin turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Ümid Məcidli iştirak edir. Bununla yanaşı, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ Turizm Mərkəzi" QSC, "Azərbaycan Hava Yolları" QSC (AZAL),“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, nazirliyin Rusiyadakı turizm nümayəndəliyi “Tour A Vent” şirkəti, eləcə də 20 yerli turizm şirkəti və 5 mehmanxana da Azərbaycanı sərgidə təmsil edir. 

Sərgidə 90 kv.m sahədə ölkənin turizm imkanlarını əks etdirən xüsusi layihə əsasında milli stend quraşdırılıb, ziyarətçi və iştirakçılara paylanması üçün rus və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb. 

Azərbaycan bu sərgidə 2002-ci ildən iştirak edir. Tədbirdə bir sıra ölkələrdən 2 000-ə yaxın şirkət təmsil olunur.

44 - Tezliklə