Azərbaycan ixracatçıları Çində beynəlxalq şərab sərgisinə qatılacaqlar

Turizm
  • 12 dekabr, 2016
  • 16:48
Azərbaycan ixracatçıları Çində beynəlxalq şərab sərgisinə qatılacaqlar

Bakı. 12 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Çinin Honkonq Xüsusi İnzibati Ərazisində gələn il noyabrın 10-12-də keçiriləcək "HKTDC Hong Kong International Wine & Spirits Fair" beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların (şirkət) sayı maksimum 20 olmalıdır.

İştirakçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur ("Azpromo).

Sözügedən müsabiqə "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında gələn il iyulun 29-da "Azpromo"da (Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32) təşkil olunacaq.

Vahid ölkə stendində iştirak etmək istəyən ixracatçılar sənədləri 2017-ci il iyulun 4-dək "Azpromo"ya təqdim etməlidirlər.

44 - Tezliklə