Azadə Hüseynova: "Qastronomiya sahəsinin inkişafı üçün böyük potensial var"

Turizm
  • 30 may, 2025
  • 15:14
Azadə Hüseynova: Qastronomiya sahəsinin inkişafı üçün böyük potensial var
Azadə Hüseynova

Azərbaycanda qlobal səviyyədə qastronomiya sahəsinin inkişafı üçün böyük potensial var.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova qurumun təşkilatçılığı ilə "Qastroturizm perspektivləri" mövzusunda keçirilən media təqdimatında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda regional və qlobal səviyyədə qastronomiya sahəsinin inkişafı üçün böyük potensial var: "Biz ilk növbədə peşəkar aşbazların yetişdirilməsinə üstünlük veririk. Bununla bağlı kurslar təşkil edib, müxtəlif təlimlər keçirmişik. Bundan başqa, Azərbaycanın qastronomiya məkanı kimi tanınması məqsədilə müxtəlif tədbirlərdə iştirak etmişik. Bu sahədə komandalar yetişdirilib. Onlar müxtəlif beynəlxalq tədbirlərdə ciddi nəticələr əldə ediblər. Üstəlik, bu sahənin inkişafı məqsədilə yerli festivallar keçirilib. Bu festivallar xüsusilə azad edilmiş ərazilərdə təşkil olunub".

44 - Tezliklə