Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının ekspertləri Azərbaycana səfərə gəlib
- 23 iyul, 2015
- 08:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 iyul. REPORT.AZ/ Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihənin həyata keçirilməsi planlaşdırılır. Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Bununla bağlı Azərbaycanda “Termal şəhər” layihəsinə baxış keçirmək üçün Avropa Tarixi “Termal Şəhərlər” Assosiasiyası layihəsinin eksperti Mişel Tomas Pinet (Michel Thomas Penette) və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Səfər çərçivəsində ekspertlərin Masallı, Qəbələ və Siyəzən rayonlarının termal suları və turizm infrastrukturuna baxış keçirilməsi planlaşdırılır. Eyni zamanda xarici qonaqlar Bakı və Abşeron yarımadasının tarix və mədəniyyət abidələri, turizm nümayişi obyektləri ilə tanış olacaqlar.
Səfər iyulun 29-dək davam edəcək.