ABŞ və İsrailin İrana qarşı əməliyyatı

İran ətrafındakı münaqişə fonunda bir sıra dövlətlər qızıl satışına başlayıb
İqtisadiyyat

İran ətrafındakı münaqişə fonunda bir sıra dövlətlər qızıl satışına başlayıb

  • 16 aprel, 2026
  • 08:09
Dollar ucuzlaşır
İqtisadiyyat

Dollar ucuzlaşır

  • 16 aprel, 2026
  • 07:56
ABŞ Hörmüz boğazında mina əleyhinə əməliyyatlarını gücləndirir
Digər ölkələr

ABŞ Hörmüz boğazında mina əleyhinə əməliyyatlarını gücləndirir

  • 16 aprel, 2026
  • 06:23
ABŞ İranın dəniz blokadasını keçməyə çalışan 10 gəmini istiqamətləndirib
Digər ölkələr

ABŞ İranın dəniz blokadasını keçməyə çalışan 10 gəmini istiqamətləndirib

  • 16 aprel, 2026
  • 04:16
Netanyahu: İsrail və ABŞ-nin İranla bağlı məqsədləri eynidir
Digər ölkələr

Netanyahu: İsrail və ABŞ-nin İranla bağlı məqsədləri eynidir

  • 16 aprel, 2026
  • 02:26
Bessent: Hörmüz boğazı açıldıqdan sonra ərəb ölkələri neft tədarükünü bərpa etməyə hazırdır
Digər ölkələr

Bessent: Hörmüz boğazı açıldıqdan sonra ərəb ölkələri neft tədarükünü bərpa etməyə hazırdır

  • 16 aprel, 2026
  • 00:22
İsrail ordusu İran və Livanla bağlı gələcək planlarını təsdiqləyib
Digər ölkələr

İsrail ordusu İran və Livanla bağlı gələcək planlarını təsdiqləyib

  • 15 aprel, 2026
  • 23:55
USA Today: Pentaqon gizli şəkildə Kubada mümkün əməliyyata hazırlaşır
Digər ölkələr

"USA Today": Pentaqon gizli şəkildə Kubada mümkün əməliyyata hazırlaşır

  • 15 aprel, 2026
  • 23:32
Numan Kurtulmuş: BMT müharibələri dayandırmaq qabiliyyətini itirib
Region

Numan Kurtulmuş: BMT müharibələri dayandırmaq qabiliyyətini itirib

  • 15 aprel, 2026
  • 23:20
İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir
Xarici siyasət

İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir

  • 15 aprel, 2026
  • 22:35
Əraqçi: İran və Pakistan regionda sülhü dəstəkləyir – YENİLƏNİB
Region Video

Əraqçi: İran və Pakistan regionda sülhü dəstəkləyir – YENİLƏNİB

  • 15 aprel, 2026
  • 22:26
Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib
Digər ölkələr

Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib

  • 15 aprel, 2026
  • 22:24
BMT İrana 12 milyon dollar ayırır
Digər ölkələr

BMT İrana 12 milyon dollar ayırır

  • 15 aprel, 2026
  • 22:07
Bloomberg: ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
Digər ölkələr

"Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər

  • 15 aprel, 2026
  • 21:29
Çin İrana dərman yardımı göndərəcək
Region

Çin İrana dərman yardımı göndərəcək

  • 15 aprel, 2026
  • 21:14
İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub
Region

İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub

  • 15 aprel, 2026
  • 19:36
1 ... 22 23 24 25 26 ... 132

2026-cı il fevralın 28-i səhər saatlarında Yaxın Şərq görünməmiş hərbi eskalasiya ilə üzləşdi. İsrail Silahlı Qüvvələri (TSAHAL) Amerika Birləşmiş Ştatlarının birbaşa hərbi dəstəyi ilə İran İslam Respublikası ərazisindəki strateji obyektlərə kütləvi raket və aviazərbələr seriyası endirdi. "Yəhudanın qalxanı" (Magen Yehuda) və "Nərildəyən şir" (Roaring Lion) kod adlarını almış hərbi kampaniya İran-Amerika və İran-İsrail qarşıdurması tarixindəki ən genişmiqyaslı birbaşa toqquşmalardan biri oldu.

Report.az-ın bu materialı sürətlə inkişaf edən dünya böhranı fonunda hadisələrin xronologiyasını, vurulan hədəflərin coğrafiyasını və tərəflərin rəsmi bəyanatlarını ətraflı təhlil edir.

Qabaqlayıcı hücumun xronologiyası və zərbələrin coğrafiyası

İran ərazisində güclü partlayışlar seriyası haqqında ilk məlumatlar şənbə günü səhər tezdən daxil olmağa başladı. Yaxın Şərq və Qərb xüsusi xidmət orqanlarının məlumatına görə, əməliyyat bir neçə ay ərzində hazırlanmışdı və kəşfiyyatın İsrailə qarşı planlaşdırılan genişmiqyaslı hücum barədə əldə etdiyi məlumatlar əsasında başladılmışdı.

Hücumun hədəfləri ölkənin əsas regionlarında yerləşən 30-dan çox hərbi və hökumət obyekti oldu. Zərbələrin coğrafiyası aşağıdakı şəhərləri əhatə etdi:

Tehran: Əsas atəş zərbəsi paytaxta dəydi. Şahidlər Universitet küçəsi və Cümhuri rayonu ətrafında qanadlı raketlərin dəyməsini qeydə aldılar. Şimal rayonu Seyyed Xandan ərazisində partlayışlar barədə məlumat verilir.

İsfahan: Ətrafında İranın nüvə proqramının və hərbi-sənaye kompleksinin ən mühüm elementlərinin cəmləşdiyi şəhər.

Kərəc, Qum və Kərmanşah: Bu şəhərlərdə idarəetmə məntəqələri, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bazaları və ballistik raket arsenalları hədəfə alındı.

Beynəlxalq müşahidəçilərin xüsusi diqqətini yeddi qanadlı raketin Tehranda hökumət məhəlləsinə – İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin rəsmi iqamətgahının və Ali Milli Təhlükəsizlik Şurasının qərargahının bilavasitə yaxınlığına dəyməsi barədə xəbərlər cəlb etdi. Reuters agentliyinin məlumatına görə, Ayətullah Xameneinin özü əvvəlcədən təhlükəsiz yerə köçürülmüşdü.

İsrail rəhbərliyinin bəyanatları və fövqəladə vəziyyət rejimi

İsrailin müdafiə naziri İsrael Kats görünməmiş hərbi əməliyyatın keçirilməsi faktını rəsmən təsdiqlədi. Təcili müraciətində o, TSAHAL-ın «İsrail Dövlətinə qarşı birbaşa təhdidlərin aradan qaldırılması məqsədilə İrana qarşı qabaqlayıcı zərbə endirdiyini» bəyan etdi.

İranın ballistik raketlər və zərbə pilotsuz uçuş aparatları ilə dərhal cavab zərbəsi endirəcəyini gözləyən İsrail hökuməti həddindən artıq təhlükəsizlik tədbirlərinə əl atdı:

Fövqəladə vəziyyətin elan edilməsi: Ölkənin bütün ərazisində "daxili cəbhə"də xüsusi vəziyyət elan edildi (1951-ci il mülki müdafiə qanununa uyğun olaraq). Vətəndaşlara bomba sığınacaqlarının və qorunan otaqların yaxınlığında olmaq tapşırıldı.

Hava əlaqəsinin dayandırılması: İsrailin hava məkanı bütün mülki uçuşlar üçün tamamilə bağlandı.

HHM sistemləri: "Dəmir Gümbəz", "Davudun Sapandı" və "Xets" (Arrow) ailəsinin kompleksləri daxil olmaqla, çoxpilləli hava hücumundan müdafiə sistemləri maksimum döyüş hazırlığı rejiminə keçirildi.

Amerika Birləşmiş Ştatlarının rolu və Donald Trampın bəyanatı

28 fevral 2026-cı il əməliyyatı əvvəlki hadisələrdən (məsələn, 2025-ci ilin iyununda nüvə obyektlərinə endirilən zərbələrdən) kökündən fərqlənir, çünki Birləşmiş Ştatlar əməliyyatda açıq şəkildə birbaşa hərbi iştirak etdi. Amerika mənbələrinin məlumatına görə, Pentagon Yaxın Şərqdə yerləşən döyüş aviasiyasını və gəmiləri cəlb etdi.

Əməliyyat ərəfəsində ABŞ Müdafiə Nazirliyi regionda USS Gerald R. Ford və USS Abraham Lincoln aviadaşıyıcılarının başçılıq etdiyi avidasıyıcı zərbə qruplarını strateji cəhətdən yerləşdirərək 150-dən çox döyüş təyyarəsinin iştirakını təmin etdi.

ABŞ Prezidenti Donald Tramp operativ şəkildə Amerika hərbçilərinin iştirakını təsdiqlədi. Truth Social sosial şəbəkəsində dərc etdiyi bəyanatında o, vurğuladı:

«Biz İranda genişmiqyaslı hərbi əməliyyata başladıq. Biz İran rejiminə nüvə silahına sahib olmağa icazə verməyəcəyik və bu qəddar rejimdən gələn təhlükəni məhv edəcəyik».

Hücum İranın nüvə proqramını məhdudlaşdırmaq cəhdləri çərçivəsində Tehrana verilmiş Amerika ultimatumunun müddətinin bitməsindən dərhal sonra baş verdi. Zərbələrin başlamasından bir neçə gün əvvəl Vaşinqton və London regiondan diplomatik personalın təxliyəsini başlatmışdı ki, bu da qaçılmaz fırtınanın aydın göstəricisi idi.

Geosiyasi nəticələr: Regional müharibənin astanasında

Fevralın 28-i səhər hadisələri dərhal bütün Avrasiya təhlükəsizlik arxitekturasına təsir göstərdi:

Nəqliyyat kollapsu: İsrailin ardınca İran və qonşu İraq da öz hava məkanlarını tamamilə bağladılar. Yaxın Şərq üzərindəki səmada tranzit kommersiya uçuşları iflic oldu.

Enerji dəhlizlərinə təhlükə: Hərbi analitiklər İran və onun regional proksi qüvvələri (Livan "Hizbullah"ı və Yəmən husiləri daxil olmaqla) tərəfindən Amerika hərbi bazalarına və Fars körfəzindəki dəniz neft marşrutlarına cavab hücumlarının ən yüksək riskini proqnozlaşdırırlar.

Qafqazın reaksiyası: Rəsmi Bakı və Cənubi Qafqazın digər paytaxtları vəziyyətin inkişafını diqqətlə izləyirlər. Qonşu İrandakı hər hansı sabitsizsizlik bütün Qafqaz regionu üçün, o cümlədən sərhəd təhlükəsizliyi və "Şimal-Cənub" dəhlizindəki logistik zəncirlər məsələlərində dolayı risklər daşıyır.

Yaxın Şərqdəki vəziyyət tam miqyaslı regional müharibənin astanasında tarazlaşır. Eskalasiya məntiqi öz qaydalarını diktə edir: indi bütün dünya gərginliklə İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi cavabını gözləyir. Report.az redaksiyası gecə-gündüz rejimində beynəlxalq xəbər icmallarını və rəsmi bəyanatları izləməyə davam edir.