Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcəklər

Şou-biznes
  • 24 avqust, 2017
  • 07:02
Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcəklər

Bakı. 24 avqust. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında əməkdar artist Röya Ayxan və Miri Yusifin konserti keçiriləcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, avqustun 26-sı saat 20.00-da başlayacaq konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim edəcəklər.

Heydər Əliyev Mərkəzinin parkındakı tədbirlərə giriş sərbəstdir. 

Qeyd edək ki, konsert proqramı Bakıda keçiriləcək klassik avtomobillərin yürüş və sərgisindən sonra baş tutacaq.