Məşhur rəqs qrupu Bakıya gəlir

Şou-biznes
  • 05 iyun, 2015
  • 09:49
Məşhur rəqs qrupu Bakıya gəlir

Bakı. 5 iyun. REPORT.AZ/ İsrailin məşhur "Kibbutz Contemporary Dance" qrupu Bakıya gələcək.

"Report" xəbər verir ki, balet qrupu iyunun 20-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Konsertin adı "Bax üçün laylay" adlanır.

Konsert proqramında maraqlı rəqs səhnələri nümayiş etdiriləcək.

Biletlərin qiyməti 10-50 manatdır.